Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayon İcra Hakimiyyəti başçısı yanında növbəti Şura iclası keçirildi

0

  • Yanvarın 10-da Xocalı rayon İcra Hakimiyyəti Aparatının inzibati binasının akt zalında rayon icra hakimiyyəti başçısı yanında növbəti Şura iclası keçirildi. Şura iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, şura üzvləri, idarə və müəssisə rəhbərləri iştirak etdilər.Gündəlikdə duran məsələlər -  "2022-ci ildə rayon icra hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin İş Planına uyğun olaraq gördüyü işlər" barədə Hüquq şöbəsinin məsləhətçisi Orxan Nəbiyev, "Xocalı şəhər, Kərkicahan qəsəbə ,Kosalar, Cəmilli, Meşəli kəndlərinin icra nümayəndəliklərinin əhali qarşısında verdikləri hesabatların yekunları" haqqında rayon icra hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, "Uşaq bağçalarının hazırkı vəziyyəti və uşaqlara ayrılmış qida normalarının keyfiyyəti və saxlanılma şəraiti haqqında" Qarabağ Regional Təhsil İdarəsinin Xocalı-Xocavənd rayonları üzrə təhsil sektorunun nümayəndəsi Xəyyam Cəfərov məruzə ilə çıxış etdi. Çıxış edən natiqlər 2022-ci ildə görülən işlər və 2023-cü ildə qarşıda vəzifələr barədə ətraflı məlumat verdilər. Şahmar Usubov gündəlikdə duran məsələlər barədə məruzələrə münasibət bildirərək öz tapşırıqlarını verdi.Sonda gündəlikdə olan məsələlər müzakirə edilərək müvafiq qərar qəbul edildi.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib35 dəfə
    Xocalı rayon İcra Hakimiyyəti başçısı yanında növbəti Şura iclası keçirildi

    Maraqlı gələ bilər
    35
    48
    34
    34